İranda İŞİD-ə qoşulmaq istəyən dəstə tutuldu

İranın daxili işlər naziri bəyan edib ki, İran vasitəsilə İraq Şam İslam Şam Dövlətinə qoşulmaq üçün İraqa keçməyə çalışan Əfqanıstan və Pakistan əsilli qrup yaxalanıb.

 

Dosye.org “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nazir Əbdürrza Rəhmani Fəzli bildirib ki, həmin şəxslərin İraqa keçməsinə imkan verilməyib.

Nazir bir neçə dəfə İran sərhədinə yaxınlaşan terrorçu qrupların zərərsizləşdirildiyini, sərhəd bölgəsində yaşayan vətəndaşlara terror təşkilatlarına qarşı ayıq-sayıq olmaq xəbərdarlığının edildiyini deyib.

COMMENTS