İranda məktəbli qızları kim zəhərləyib? – TƏFƏRRÜAT

İranda məktəbli qızları kim zəhərləyib? – TƏFƏRRÜAT

İran hakimiyyəti Qum və digər şəhərlərdə məktəbli qızların ardıcıl zəhərlənməsinin “qəsdən” olduğu qənaətinə gəlib.

Bakupost.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, məlumata görə, naməlum şəxslər qadın məktəblərinin və gimnaziyalarının içməli su mənbələrini məqsədyönlü şəkildə zəhərləyiblər.
İran hakimiyyəti bu hərəkətlərin motivini onunla izah edib ki, təxribatçılar onların təhsil almasına mane olmaq üçün, əsasən, qızlar üçün nəzərdə tutulmuş məktəbləri bağlamağa cəhd ediblər.
Ləman Hüseynzadə

COMMENTS