İranda qum fırtınası başlayıb

İranda qum fırtınası başlayıb

İranın Yəzd vilayətində baş verən qum fırtınası səbəbindən orta məktəblərin şagirdləri təxliyə edilib.

Şənbə günü səhər saatlarında Yəzd vilayətində qum fırtınası başlayıb. Güclü külək Məncab səhrasının qumunu sovuraraq vilayətin şəhər və qəsəbələrinə gətirib.

İranın Hava Proqnozu Mərkəzi insanlara küçəyə çıxmamağı məsləhət görüb. Fırtına hələ də davam edir. (AzərTAc)

DOSYE.ORG

COMMENTS