İraqda 9 kənd İŞİD terrorçulardan alındı

İŞİD-ə qarşı kürd könüllülərinin uğurlu əməliyyatı davam edir

 

İslamazeri.az-ın “Sumariya TV”yə istinadən verdiyi xəbərə görə, İraq kürdlərinin peşmərgə qüvvələri Mosul su anbarının yanındakı kəndlərdə uğurlu əməliyyatları davam etdiriblər.

Belə ki, Kürd könüllüləri 7 kəndi İŞİD-dən təmizləyərək öz nəzarət postlarını bu ərazilərdə qurub.

B

una cavab olaraq İŞİD 3 neft quyusunu partlayıcı qurğu ilə partladaraq ərazidən uzaqlaşıblar.

Tikritdə də uğurlu əməliyyat nəticəsində Maskerat və Əl-Həmra kəndləri təkfirçilərdən azad edilib.

Qeyd edək ki, hazırda Amirlidə İŞİD-ə qarşı xüsusi əməliyyat həyata keçirilir.

COMMENTS