İraqın baş naziri Türkiyəni hədələdi

Türkiyə hərbçilərinin Mosul yaxınlığındakı Başika bazasında olması səbəbindən rəsmi Ankara və Bağdad arasında gərginlik davam edir.

Trend-in məlumatına görə, İraqın baş naziri Heydər əl-Abadi Kərbəla ziyarəti zamanı Mosul əməliyyatı ilə bağlı açıqlama verib.

Baş nazir qeyd edib: “Türkiyənin heç bir şəkildə Mosul əməliyyatına qatılmasına icazə verməyəcəyik. İraq ərazisində olan Türkiyə Silahlı Qüvvələrinə yerlərindən tərpənməmələrini məsləhət görürük”.

COMMENTS