İş adamı jurnalisti üçüncü dəfə məhkəməyə verdi

İş adamı jurnalisti üçüncü dəfə məhkəməyə verdi

“Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı üçüncü dəfə xüsusi ittiham qaydasında şikayəti icraata qəbul olunub.

Bu barədə Yenisabah.az-a Anar Məmmədovun özü məlumat verib. Jurnalistin sözlərinə görə, Ağdam rayon Məhkəməsinin hakimi Mahir Niftiyev qərara alıb ki, o, təqsirləndirilən şəxs kimi tanınsın.

Məhkəmə baxışı yanvarın 7-nə təyin olunub.

Məlahət Qurbanova xüsusi ittiham qaydasında şikayətində barəsində Criminal.az saytında dərc edilmiş yazıda “Lombard Məlahət” kimi xəbər başlığının verilməsini həm böhtan, həm də təhqir hesab edib. Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərov baş redaktorun qeydiyyat ünvanının Yasamal rayonunda olmadığından şikayəti geri qaytarmışdı. Buna görə də Məlahət Qurbanova Ağdam rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət verib.

Xatırladaq ki, M.Qurbanova oktyabrın sonlarında da Anar Məmmədova qarşı Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Lakin xüsusi ittiham icraata qəbul edilməmişdi.

DOSYE.ORG

COMMENTS