“İsa Qəmbərin yerinə Arif Hacılı kimi dələduz,siyasi “maşennik” gəlib”

Hafiz Hacıyev: “Kərimov Əli ilə Qəmbərov İsa özlərini mehriban dostlar kimi aparırdılar”

 

“Ümumiyyətlə, AXCP ilə Müsavat Partiyasının uzun tarixi kökləri var. Bir zamanlar Kərimov Əli ilə Qəmbərov İsa özlərini mehriban dostlar kimi aparırdılar. Əslində onlar mehriban dost deyil, əksinə mehriban düşmənlər idilər”.

Vətəninfo.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP və “Azadlıq” qəzetinin Müsavat Partiyasında baş verən istefaları sevinclə qarşılamasına münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, əvvəllər Azərbaycan Xalq Cəbhəsi (AXC) parçalananda Qəmbərov İsa Klassik Xalq Cəbhəsi Partiyasını tanıdı:
“Təbii ki, bu işdə o vaxtlar müəyyən məqamlar ortaya çıxdı. Bu gün isə Qəmbərov İsa təmiz siyasi səhnədən silindi və onun Azərbaycan xalqına qarşı etdiyi xəyanətkarlığı xalq ona bağışlamadı. Bir növ Azərbaycan xalqının qarğışı onu tutdu. İndi də onun yerinə Arif Hacılı kimi dələduz, siyasi “maşennik” gəlib. Bu siyasi “maşennik” isə elə hey çalışır ki, bir peçatı və yanında 2-3 nəfər olsun ki, onlarla alver etsin. Təbii ki, bu da Kərimov Əliyə xeyir edən bir məsələdir”.

H. Hacıyev hesab edir ki, Kərimov Əli dünya miqyaslı “maşennik”dir: “Bu şəxs çalışır ki, dünyada olan qrantları Azərbaycana qənim kəsilən və dövlətimizi istəməyən qüvvələrin hamısına peşkaş eləsin. Kərimov Əli həmişə özünü onlara satmağa və hədiyyə etməyə hazır olan bir şəxsdir. Bəs gəlin görək, K. Əlinin burada marağı nədir? O, bütün dünyaya car çəkmək istəyir ki, baxın, artıq ikinci bir “maşennik” yoxdur. Bu şəxs həmin prinsiplə öz siyasətini aparır. Mənim Müsavat Partiyasından istefa verən insanlarla görüşlərim keçirilir və müəyyən söhbətlərim olur. Mən onlara dedim ki, görürsünüz 20 ildir Qəmbərov İsa sizin sayənizdə necə bir “maşenniklik” edib. Bu şəxs özünə var-dövlət yığdı, Arif Hacılı ilə birgə siyasi biznesini qurdu və burada uğur qazandı. Artıq Azərbaycan xalqı Kərimov Əli ilə Qəmbərov İsa kimi fırıldaqçı “maşennik”ləri qəbul etmir”.

COMMENTS