İsgəndər Həmidov: “Deputatlığa namizədliyimi irəli sürəcəm”

“2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bunu Modern.az saytına Azərbaycanın keçmiş daxili işlər naziri, Milli Demokrat Partiyasının (Bozqurd) lideri İsgəndər Həmidov deyib.

O bildirib ki, namizədliyini Kəlbəcər seçki dairəsindən irəli sürmək haqda düşünür. Eks-nazirin fikrincə, bu addımı ilə işğal altında olan Kəlbəcərdən gələn məcburi köçkünləri böyük sükutdan ayıltmaq istəyir.

“Buna görə də namizədliyimi irəli sürəcəyəm. Kəlbəcər seçki dairəsindən alınmasa, çalışcam ki, işğal altında olan digər bir rayondan deputatlığa namizəd olum”.

İsgəndər Həmidov qeyd edib ki, namizədəliyi qeydə alınarsa, qələbə qazanacağına inanır.

COMMENTS