İŞİD yenidən dəhşətli qətl törətdi: 100 qadın qaçırıldı, 80 kişi öldürüldü

İŞİD İraqın şimalında Sincar əyalətində daha bir vəhşiliyə imza atıb

Axar.az xəbər verir ki, Kojo adlı yezidi kəndə basqın edən terrorçular 100-ə yaxın qadını əsir götürüb, 80 kişini isə işgəncə ilə qətlə yetirib.

Xatırladaq ki, verilən xəbərlərdə İŞİD üzvlərinin yezidi kəndinin sakinlərinə islama keçmələri üçün Cümə günü, yəni dünənə qədər vaxt verdiyi ancaq yezidilərin dinlərini dəyişməyəcəklərini bildirdikdən sonra bu qırğını həyata keçiriblər.

Qeyd edək ki, yezidilər yezidi dininə sitayiş edir.

COMMENTS