İŞİD 16 nəfəri diri-diri yandırdı

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı İraqda 17 kürd əsgəri dəmir qəfəslərdə diri-diri yandıraraq edam edib.

Narıncı rəngli məhbus kombinezonları geydirilmiş kürd əsirlər İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı qüvvələrinin mənsubları, “peşmərgə”lərdi.
İraqın şimal-qərbindəki Kərkük şəhərinin küçələri ilə qəfəsdəki peşmərgələri keçirən İŞİD terrorçuları “ölüm paradı” təşkil ediblər.

Suriyanın Rəqqa şəhərində iordaniyalı pilot, leytenant Müəz əl Qəsasbinin dəmir qəfəsə salınaraq diri-diri yandırılmasından sonra İŞİD belə edamları adi praktikaya çevirməkdədir.
Kərkükün cənub-qərbinləki Həvicə səmtindən keçiriləndən sonra 17 kürd “peşmərgə” diri-diri yandırılaraq edam olunmaq üçün şəhər kənarındakı bazaya aparılıb. ABŞ bu “parad”la bağlı dərin hiddətini və narahatlığını bildirib.

Neftlə zəngin Kərkük bölgəsini tam ələ keçirmək istəyən İŞİD ilə “peşmərgə”lər arasında amansız döyüşlər davam edir.

Bu arada İŞİD Əyn əl Əsəd şəhərində İraq ordusunun hərbi bazasına hücum edib. Bazada İraq ordusunda təlimatçılıq edən 320 amerikalı hərbçi var.
Amerikalı hərbçilər və İraq ordusunun geyimlərində olan İŞİD terrorçuları arasında atışmada 2 hərbçi, 8 terrorçu həlak olub. /milli.az/

COMMENTS