İŞİD: Avropanı sarsıdacağıq

Terror təşkilatı Qərb ölkələrini terror aktları ilə hədələyib
İŞİD terror qruplaşması Qərbi yeni terror aktları ilə hədələyib və Avropa ölkələrini sarsıdacaq yeni hücumlara hazırlıq haqqında xəbərdarlıq edib.

ANS PRESS-in “Frans Press”ə istinadla verdiyi xəbərə görə, İŞİD nümayəndələrinin bu barədə təhdid dolu səs yazısı İnternetdə yerləşdirilib.

Bu il yanvarın 7-də Parisdə “Charlie Hebdo” həftəlik satirik jurnalın redaksiyasına terror hücumu nəticəsində 12 nəfər həlak olub. Yanvarın 10-da Fransanın Port-de-Vensen şəhərindəki dükanda girovların qaytarılması zamanı dörd nəfər öldürülüb.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiya Ali Məhkəməsi “İslam Dövləti”ni və “Ən-Nusra”nı terror təşkilatları kimi tanıyıb və inların fəaliyyəti Rusiyada rəsmən qadağan edilib.

COMMENTS