İŞİD-dən betər terror təşkilatı yaradılıb

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Suriyada daha bir təhlükəli qruplaşma olduğunu açıqlayıb.

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA)Suriyada fəaliyyət göstərən Xorasan adlı qruplaşmanın İŞİD-dən daha təhlükəli vəziyyətə gəlməsindən narahatlıq duyur. Bu barədə “New York Times” qəzeti xəbər yayıb.

“Xorasan” qruplaşması Suriyada ikin əvvəl fəaliyyətə başlayıb. Yaxın Şərq, Cənubi-şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən ibarət bir qruplaşmadır. ABŞ kəşfiyyatı sözügedən qruplaşmanın bir sıra böyük terror aktları törətmək planları olduğunu qeyd etməklə yanaşı, “Xorasan”ın digər terror qruplaşmalarından təhlükəli ola biləcəyini də qeyd edir. Qruplaşmaya Əl-Qaidə liderlərindən olan Muhsin əl-Fadhlinin komandanlıq etdiyi iddia edilir.

“NSA” qruplaşma üzvləri arasında xüsusilə Yəmən və Əfqanıstandan gələn bomba hazırlayan mütəxəssislərin olduğunu bildirir (ans).

COMMENTS