İŞİD daha bir Taliban liderini öldürdü

Talibanın Nənqərhar liderlərindən olan Molla Səidullah Xan da öldürülüb.

Axar.az xəbər verir ki, o, İŞİD terrorçuları tərəfindən pusquya salınaraq qətlə yetirilib.

Bir-birinə qarşılıqlı cihad elan edən təşkilatlar Əfqanıstanda vuruşurlar.

İŞİD-in sözçüsü Əbu Məhəmməd Adnani tezliklə Talibanla müharibə edəcəklərini demişdi.

Xatırladaq ki, Taliban 1996-cı ildə Əfqanıstan İslam Əmirliyi adı ilə ölkəni idarə etməyə başlayıb. 2001-ci ildə ABŞ-ın işğalı ilə devrilib.

COMMENTS