İŞİD-in 13 yaşlı alman döyüşçüsü

İŞİD terror qruplaşmasının tərəfində Almaniyanln 24 həddi-buluğa çatmamış vətəndaşı da döyüşür.

 

Musavat.com-un məlumatına görə, bu barədə Almaniya Konstitusiyasının Mühafizə İdarəsinin başçısı Hans-Georq Maasen açıqlama verib.

Onun sözlərinə görə, İŞİD-çilər öz sıralarına getdikcə daha çox gənci cəlb edirlər. “Bizim bilgilərə görə, ən azı 24 yeniyetmə Suriya və İraqa gedib. Onlardan ən kiçiyinin 13 yaşı var. Gənclərdən 5-i isə artıq Almaniyaya qayıdıb. Bundan əlavə, 4 həddi buluğa çatmamış qız da “romantik təsəvvür” səbəbilə İŞİD-ə qoşulub. Onlar internetdə islamçılarla tanış olaraq onlara ərə gedənlərdir”, – deyə o qeyd edib.

Musavat.com

COMMENTS