İŞİD-in vərəqələrini yayan iki müəllimə tutuldu

Özbəkistanın Fərqanə vilayətinin Kokanda şəhərindəki orta məktəbdə İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının vərəqələrini yayan iki müəllim həbs edilib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, qadın müəllimələr Kokandadakı milis bölmələrindən birinə edilən telefon zəngindən sonra saxlanılıblar.

 

Şübhəlilərin mobil telefonu axtarış aparılarkən İŞİD adından yayılan vərəqələrin faylları aşkar olunub. Həmin vərəqələrdə Özbəkistanın indiki hakimiyyətinin devrilməsinə çağırış edilir.

COMMENTS