İŞİD kimlərdən qorxur?

Dosye.org İnterpress.az-a istinadən xəbər verir ki, 500 qadın peşmərgə İraqda İŞİD təşkilatına qarşı döyüşlərə hazırlaşdırılır.

 

Qadın peşmərgələr minaatan, roketatan, pulemyot və kalaşnikov silahlardan istifadə etməyi bacarırlar. Yaşları 18 və 45 arasında dəyişən qadın peşmərgələr öz qeydlərinə qalmağı da unutmurlar. Rəngli dodaq boyalarından, ətirlərdən və sırğalardan istifadə edirlər. İŞİD təşkilatı isə ən çox qadın döyüşçülər tərəfindən öldürülməkdən qorxurlar. Onlar qadınlar tərəfindən öldürüldükləri halda cənnətə düşə bilməyəcəklərini düşünürlər.

COMMENTS