İŞİD sahib olduğu torpağın 14 faizini itirib

Araşdırmalara görə, terror qruplaşması İŞİD 2015-ci ildə əlindəki torpaqların 14 faizini itirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat BBC-də yer alıb.

Məlumata görə, İŞİD-in ən vacib itkiləri ABŞ liderliyi altında yaradılan koalisiya güclərinin hava hücumları ilə dəstəklədiyi kürd döyüşçülər ilə vuruşduğu Suriya və İraqın şimalında yaşanıb.

Terror qruplaşması itirdiyi şəhərlərlə yanaşı Suriyadakı Rəqqa ilə İraqdakı Mosul şəhəri arasındakı əsas yolu da nəzarətindən buraxmalı olub.

Araşdırmalar onu göstərir ki, İŞİD sahib olduğu 12 min 200 kvadratkilometr torpaq sahəsini itirərək 78 min kvadratkilometr sahədə geriləyib.

COMMENTS