İslam dövləti” ilə əlaqədə şübhəli bilinən 15 nəfər saxlanılıb

Avstraliyanın Sidney, Brisben və Loqan şəhərlərində “İslam dövləti” ilə əlaqədə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Ölkə tarixində ən irimiqyaslı xüsusi əməliyyatda 800 polis əməkdaşı iştirak edib.

Federal polis komissarı Endryu Kolvin qeyd edib ki, saxlanılanlardan ikisi sentyabrın 18-də mühakimə olunacaq. Onun sözlərinə görə, əməliyyat nəticəsində ölkədə zorakılıq törətmək niyyətində olan qrup zərərsizləşdirilib (APA).

COMMENTS