İslamiada: Azərbaycan millisi Mərakeşə qarşı

İslamiada: Azərbaycan millisi Mərakeşə qarşı

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

DOSYE.ORG xəbər verir ki, bu gün Azərbaycanın U-23 yığması  qrup mərhələsində son oyununu keçirəcək. Samir Əliyevin çalışdırdığı kollektiv Mərakeş komandası ilə qarşılaşacaq.
“Konya Cumhuriyet” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Qeyd edək ki, bundan əvvəl millimiz Səudiyyə Ərəbistanına uduzub (0:1), İranın turnirə qatılmaması səbəbindən texniki qələbə qazanıb (3:0). Mərakeş də həmçinin İran üzərində eyni qaydada qələbə qazanıb, Səudiyyə Ərəbistanına uduzub (0:2). Yarımfinala vəsiqə üçün Azərbaycan futbolçularına heç-heçə də sərf edir.

COMMENTS