İsmayıllıda 33 yaşlı kişi intihar edib

İsmayıllıda 33 yaşlı kişi intihar edib

İsmayıllıda intihar hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Talıstan kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Şahin Mamed oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS