“İsti qucaqlara” aparan yollar

Vallah bu dünyada nə haqq var, nə də ki divan. Amma haqq gecdə olsa bərqərar olur deyib atalarımız. Mən bu yazını yazmaq da nə haqqı, nə də divanı günahlandırıram. Günah məhz elə özümdədir. Bəzi detallara toxunmamaq şərti ilə deyim ki, zəmanımizin üzü qara olsun. Elə düz deyirmişlər , pul hər şeyi həll edir. Amma mənim üçün dəyər insanlıq, sadəlik, kəsilmiş çörəyə qiymət qoymaq və bu kimi amillərdir. Əfsüslər olsun ki, puldan ötrü məmur ” qucağına” , hop demək bəzi “dostlar” üçün şərəf və ləyaqətdir. Mən bu faktın bir necə dəfə canlı şahidi olmuşam. Düşünmüşəm ki, hər bir insanın həyatda buraxdığı səhv(lər) onun üçün bir peşmançılıq olaraq əbədiləşir. Və çalışmışam ki, dost və qardaş kimi hörmət bəslədiyim şəxs bu çür günahlardan az istifadə etsin. Mən tam əminliklə deyə bilərəm ki, məni qananlar səmimi, qanmayanlar qeyri səmimi insanlardır. 

Həyat qəribəliklə öz oxu ətrafında dövür edir. Lakin bəzi “dostlar” qəribə deyil, pul hər şeydir deyə “sabun” materialından istifadə etmədən ömrünü bivəfa dünyada bu cür başa vurmağa çalışır. Düşünmək lazımdır ki, zalıma qarşı səmimi olmaq , haqqı tapdalamaq özü bir şərəfsizlikdir. Bu tərbiyə məktəbi hər birimiz üçün Allah tərəfindən verilən şansdır. Çalışmaq lazımdır ki, Ulu Tanrının verdiyi şansdan layiqincə istifadə edəsən. 

Məmurun pulu, imkanı, isti qucağı ola bilər. Allah tərəfindən verilən kişilik (bəzi məmurlar nəzərdə tutulur) və digər xeyirxahlığı ola bilməz. Pula uymaq , pula qul olmaq ən azından ləyaqətsizlikdir. 

Odur ki, mənim “dostlarım” özünüzü ələ alın, işıqlı dünyanın nazı-nemətindən düzgün istifadə edin. Dost , yoldaş dediyiniz insanlara şərəflə yanaşın. Bir gün  isti qucaqlar  sizin üçün bağlaşmış kitab kimi üzünüzə qapanılacaq. 

COMMENTS