İstilərdə necə rahat yatmaq olar?

İsti havalarda keyfiyyətli yuxu yatmaq da çətinləşib. Halbuki enerjili olmaq üçün yuxuya böyük ehtiyacımız var. Bəs bu istilərdə rahat yatmaq üçün nə edə bilərik?

Ailem.az bunun üçün ipucları təqdim edir.

Stressdən uzaq durun. Gecə yatarkən ertəsi günün işlərini, problemlərini düşünməyin. Problemləriniz olsa da, gecə yerinizə girdiyinzdə hər birini unudun.

Yatmadan əvvəl idman edin. Nizamlı qidalanın. Siqareti tərgidin. Çay və qəhvəni azaldın.

Əgər gün ərzində çox kofenli içkilər içmisinizsə, gecə yatmadan əvvəl karbohidratlı çörək, ya krakerlər yeyin.

Küçə səs-küyünün qarşısını almaq, səsli alətləri otaqdan çıxarmaq çarə ola bilər.

Yatmadan işıq və bütün elektrik cihazlarını söndürün. Pərdələri çəkin. Elektrik cihazı, hətta gecə lampası da istiliyi artırır.

Böyük yataq seçin. Yatağın ölçüsü ən az 180×240 ölçüdə olmalıdır.

Yatana yaxın spirtli içkidən uzaq durun.

İzolyasiya elətdirin. İzolyasiyalı evlər yayda sərin, qışda isə isti olur.

Kondisioner alın və dərəcəsini bayır istiliyindən 5-6 dərəcə aşağı tətbiq edin.

Yataq otağında telefonun zəng çalması keyfiyyətli yuxudan 50 dəqiqə oğurlayır.

Çox yağlı və şəkərli qidalar yuxuya getməyə mane olur. İsti havada yüngül yeməklər yeyin. Yeməklə yatmaq arasında müddət ən az 3 saat olmalıdır.

Lobya, kələm, brokoli və digər mədə köpünə, turşuluğa səbəb olan qidalardan uzaq durun.

Seratonin, tripofan və melotininlə zəngin olan qidalar yatmanıza kömək edəcək. İlk olaraq süd için.

Ton və qalxan balığı, badam, yumurta, şaftalı, qoz, qaysı, banan, kartof, kətan toxumu yuxu gətirir.

Tərləmə su itkisinə yol açar. Gündə 1.5 litr su için.

Yatmadan əvvəl 37 dərəcə suda duş almaq yuxuya kömək edəcək. Saçlarınızı nəm saxlamanızda da fayda var.

Yataq dəstlərini dondurucularda saxlayın və yatmadan əvvəl sərin.

Yatağa uzananda boynunuza dəstək verən yastıq seçin. Üz üstü, başı yana dönmüş halda yatmayın. Mümkünsə əliniz, qolunuzun üstündə də yatmamağa çalışın.

Hər gün eyni saatda yatıb-qalxmaq sağlam yuxunun şərtləridir.

Yataq otağını qonaq otağı kimi istifadə etməyin. Sadəcə zehni yormayan kitablar oxuya bilərsiz.

Gündüzlər yatmayın.

Yuxunuz gəlməyənə qədər yatağa getməyin.

COMMENTS