“Kəkələmək bir xəstəlik deyil, kəkələmək yalnız nitqqüsurudur”

Statistikaya əsasən, 6 yaşına qədər uşaqların 40%-dən çoxu tələffüz qüsurlarına malikdir. Kəkələmə adlandırdığımız bu qüsuru aradan qaldırmağın isə çox sadə yolu var. Vaxtında mütəxəssisə müraciət etmək.

Kəkələmə qorxu hissinin nəticəsində yaranır. Məktəbəqədər yaşlı uşaqlarda rast gəlinən bu qüsurlar ilk baxışdan sadə görünür. Amma vaxtında və düzgün aradan qaldırılmadıqda daha mürəkkəb formaya çevirlir. Ona görə də vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır. Bunun üçün paytaxtda Səlist Danışıq Loqopedik Psixoloji Mərkəzi fəaliyyət göstərir.

Səlist Danışıq Loqopedik Psixoloji Mərkəzin rəhbəri Xavər Abdullayeva : “Kəkələmək bir xəstəlik deyil. Kəkələmək yalnız nitqqüsurudur. Biz bu kəkələməyi 3 və 7 yaş arasında 14, 30, və 45 gündə terapiyalarla aradan qaldırırıq”. Nitq qüsuru olanların terapiyasında psixoloqlar da iştirak edir. Çünki, əksər hallarda kəkələmə uşaqlarda özünə inamsızlıq yaradır. Səlist Danışıq Loqopedik Psixoloji Mərkəzində tətbiq olunan prosedurdan sonra isə onlar rahat danışığı mənimsəməklə cəsarətlə bildiyini söyləyən, duyğularını ifadə edən şəxslərə çevrilirlər.

Onu da deyək ki, müalicə zamanı hər hansı dərman vasitəsi və avadanlıqlardan istifadə olunmur. Burada tətbiq olunan təhsil proqramı 100% uğurlu nəticə verir. Bir il müddətində mərkəzdə 400-ə yaxın nitqi qüsurlu uşaq uğurlu müalicə kursu keçərək cəmiyyətə adaptasiya olunub.

Dosye.org

COMMENTS