Kəlbəcərli girovlardan yeni xəbər

Kəlbəcərli girovlardan yeni xəbər

Ermənistanın son cavabı necə olacaq?

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, komitədən başçəkmə barədə ona məlumat verilib. Bildiriblər ki, BQXK nümayəndələri öz mandatına uyğun olaraq sentyabr ayında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər: “Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş baş tutduqdan dərhal sonra ailələrin narahatlığını nəzərə alaraq, komitə əməkdaşları mənimlə əlaqə saxlayıblar. Bildirdilər ki, atanızla görüşmüşük, səhhəti normaldır, narahat olmayın. Həmçinin dedilər ki, əlavə məlumatlar-məktub, video olub-olmadığı ilə bağlı yaxın günlərdə sizə məlumat verəcəyik. Biz də onlardan yeni məlumatlar gözləyirik”.

 

COMMENTS