Kənd təsərrüfatı yarmarkaları- Yararsız məhsul təklifi…

Kənd təsərrüfatı yarmarkaları- Yararsız məhsul təklifi…

Son vaxtlar leksikonumza pərçim edilmiş “kənd təsərrüfatı yarmarkaları” barədə yarandığı gündən cəmiyyətdə birmənalı mövqe olmayıb. Oradakı qiymətlərin bazarlardan aşağı olmasını iddia edənlər də, heç bir fərq olmadığına and içənlər də çoxluq təşkil edib həmişə.

Təbii ki, bir qayda olaraq rəsmilər, konkret olaraq bir-birini əvəz edən kənd təsərrüfatı nazirləri daş atıb başlarını tutublar ki, qiymətlər bazarlarla müqayisədə çox aşağıdır və bir sözlə, kasıb təbəqənin cibi üçündür…
Ötən gün paytaxtın ayrı-ayrı məkanlarına baş çəkəın Moderator.az əməkdaşları yarmarkalardakı qiymətlərin bazarlardakından fərqlənmədiyini, əksinə, çeşidlərin az, məhsulların yararsız və ya keyfiyyətsiz olduğunu müəyyənləşdiriblər.
Necə deyərlər, qədim peşələrdən hesab olunan oğurluqla fahişəliyin ömrünün ən çoxu 40 gün çəkəcəyini iddia edənlər görünür yalan danışmağın da heç də uzunömürlü olmadığını nəzərə almayıblar…

COMMENTS