Kəndlərin qaytarılmasından imtina edildi: “Gəlin, alın” mesajı verildi

Kəndlərin qaytarılmasından imtina edildi: “Gəlin, alın” mesajı verildi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanla bağlı proseslərə daxil etməkdə israrlıdır. İrəvan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasının bu qurum tərəfindən müəyyən edilməsinə cəhd göstərir. Reallıqda isə iki dövlət öz sərhədlərini siyasi iradə nümayiş etdirərək müəyyənləşdirir.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, iki ölkə sülh müqaviləsi imzaladıqdan sonra həmin sənəd beynəlxalq səciyyə qazanır:

“Ona görə də, KTMT-nin bura heç bir aidiyyəti yoxdur. Təşkilatın nizamnaməsində belə dövlətlərin sərhədlərinin delimitasiya və demarkasiyası məsələsinə görə məsuliyyət anlayışı qeyd olunmayıb. Sadəcə olaraq Nikol Paşinyan olmayan məsələləri gündəmə gətirməklə sülh müqaviləsinin imzalanmasını uzadır və yaxasını məsuliyyətdən qaçırmağa çalışır”.

“Bəhanə uydurmaqda mahirdir. O, Azərbaycanın anklav kəndlərini qaytarmaq niyyətində olmadıqlarını iddia edir. Vaxtilə özü anklavların qaytarılmasından danışmışdı. Paşinyan bunu Azərbaycanı təxribata çəkmək üçün edir. Onun Bakını hərbi əməliyyatlara başlamasına zəmin hazırlamaq niyyəti var

Azərbaycan erməni təxribatına cavab verəsi olsa, onlar hay-küy qaldıracaqlar ki, “biz qurbanıq”.

O yandan da Fransa “yazıq Ermənistan” deyib əlini dizinə döyəcək. Ona görə də, Ermənistanın bu cəfəngiyyatlarına fikir vermək lazım deyil. Azərbaycan Qarabağı azad edib. Sülh müqaviləsi olmadan da Bakı öz işlərini görə bilir. Digər məsələlər isə zamanla öz həllini tapacaq”.

COMMENTS