Kamran Ağayevin komandasının oyununda PKK qalmaqalı

Kamran Ağayevin komandasının oyununda PKK qalmaqalı

Türkiyə kubokunun ikinci təsnifat mərhələsində millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” səfərdə “Kurtalanspor”un qonağı olub.

Qol.Az-ın “sport7.az”a istinadən yaydığı xəbərə görə,  qalmaqalla başlayan görüş yarımçıq dayandırılıb.

Qarşılaşma başlamadan öncə stadionda Türkiyənin İstiqlal marşı səslənib. Bu zaman “Kartalanspor” fanatları himni fitə basaraq, PKK terror təşkilatı lehinə şüarlar səsləndirib. Bundan başqa azarkeşlər PKK-nın marşını oxumaqdan çəkinməyiblər.

Əsas hadisələr isə qarşılaşmanın 72-ci dəqiqəsində baş verib.  İlk hissəni 0:1 geridə tamamlayan İzmir təmsilçisi ikinci 45 dəqiqəyə aktiv başlayıb. Artıq 72-ci dəqiqədə Taha Balcının qolu “Karşıyaka”nı 2:1 önə keçirib. Bu zaman qol vuran futbolçu tribunaya tərəf dönərək əsgər salamı verib. Bu isə “Kurtalanspor” tərəfdarlarının etirazına səbəb olub və arenada yenidən Abdulla Öcalanın lehinə şüarlar səsləndirilib.

Əsas hadisələr də bundan sonra başlayıb. Yerli fanatlar qonaq komandanın üzvlərini daşa basıb. Məsələyə müdaxilə edən polis qüvvələri bibər qazından istifadə edib. Bu zaman futbolçular da qazdan zəhərlənib. Qarşılaşmanın keçirildiyi arena bir anda savaş meydanına çevrilib. Buna görə də, n baş hakimi 85-ci dəqiqədə hesab 1:3 olanda matçı yarımçıq saxlayıb.

Qeyd edək ki,  Kamran Ağayev qarşılaşmada iştirak etməyib

COMMENTS