“Kayrat” “Qarabağ”a hər iki oyunda qalib gələ bilərdi” – “Bazel”in baş məşqçisi

“Kayrat” “Qarabağ”a hər iki oyunda qalib gələ bilərdi” – “Bazel”in baş məşqçisi

“Bazel”in baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Kayrat”la oyun öncəsi mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, Qazaxıstan təmsilçisinin “Qarabağ”a qarşı keçirdikləri matçlar haqda da danışıb: “Konfrans Liqasında mümkün qədər irəliləmək istəyirik. “Kayrat” topladığı xalların sayına baxmayaraq, göründüyündən qat-qat güclü komandadır. Onların “Qarabağ”a 1:2 hesabı ilə uduzduğu hər iki oyunu təhlil etmişik. Bu görüşlərdə “Kayrat” rəqibini məğlub edə bilərdi”.

Qeyd edək ki, bu gün keçiriləcək “Kayrat” – “Bazel” görüşü Bakı vaxtı ilə sat 19:30-da başlayacaq.

DOSYE.ORG

COMMENTS