Keçmiş məhkum qətl törətdi

Ağdaşda qətl törədilib.

Ağdaş Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ağdaş şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov münaqişə zəminində həmyerlisi Bəkir Baxşəliyevi bıçaqlayaraq öldürüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Qurbanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

COMMENTS