Keçmiş nazir müavininin oğlu axtartışa verildi

Keçmiş nazir müavininin oğlu axtartışa verildi

Qırğızıstan Daxili İşlər nazirinin keçmiş müavini Kursan Asanovun oğlu Məhəmməd-Əli Asanov axtarışa verilib.

Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, Məhəmməd-Əli Asanov avqustun 7-8-də Koy-Daş kəndində baş vermiş hadisələr zamanı keçmiş prezident Almazbek Atambayevin tərəfdarlarına maddi sübutların ötürülməsində şübhəli bilinir.

Məlumatda bildirilir ki, M. Asanov cangüdəninin köməyi ilə keçmiş prezidentin evindən sənəd və digər əşyaları götürərək onun tərəfdarlarına ötürüb.

Xatırladaq ki, avqustun 13-də Qırğızıstanın baş naziri Kursan Asanovu “polisin maraqlarına xəyanət və etimadın itirilməsi” maddəsi ilə icra etdiyi vəzifədən azad edib. Asanov 2011-ci ildən Qırğızıstan Daxili İşlər nazirinin müavini vəzifəsini icra edib.

DOSYE.ORG

COMMENTS