Kişilər təhsilli qadınları az boşayırlar

2000-ci illərdən başlayaraq təhsilli qadınların sayının artması onların ərlərindən boşanması şansını da azaldır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı sosioloqlar müəyyənləşdiriblər.

 

ABŞ-da nikah və boşanma ilə bağlı 1950-2009-cu illəri əhatə edən statistika ailə dəyərinin radikal transformasiyasını göstərib. Araşdırma zamanı məlum olub ki, 1950-ci illərdə ABŞ-da ənənəvi nikah modeli üstünlük təşkil edib: ər qazanır, arvad isə ev işləri və uşaqlarla məşğul olub. 1960-1970-ci illərdə isə feministlərin və qadınların hüquqları uğrunda mübarizlərin hay-küylü kampaniyasına baxmayaraq, kişilər həyat yoldaşı seçimində daha az təhsilli xanımlara üstünlük veriblər. Daha təhsilli qadınlarla bağlanan nikahların 34 faizi boşanma ilə nəticələnib. 1980-ci illərin ortalarında amerikalı xanımlar universitet diplomunu dahıa çox almağa başlayıblar və proses indi də davam edir. nəticədə 2005-2009-cu illərdə artıq təhsili olan qadınla bağlanan nikahlar 60 faizdən çox olub.

COMMENTS