Kiyev meri paytaxt sakinlərinə MÜRACİƏT ETDİ

Kiyev meri paytaxt sakinlərinə MÜRACİƏT ETDİ

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərinə müraciət edib.

Musavat.com xəbər verir ki, V.Kliçko videomüraciətdə sakitliyi qorumağın vacib olduğunu deyib:

“Ukrayna təcavüzkarın hücumuna məruz qalıb. Mərmi gurultusu Kiyevdə də eşidilir. İndi ən dəhşətli düşmən panikadır. Biz təmkinimizi itirmirik. Şəhərin mühüm infrastrukturu və həyat təminatı ilə məşğul olmayan hər kəs evdə qalmalıdır. Lazım gələrsə, tez bir zamanda sığınacaq və ya anbara çatmaq üçün təcili durum çantasını hazır saxlayın-sənədlər və s.

V.Kliçko əlavə edib ki, şəhər rəhbərliyi paytaxtda qalır:

“Biz şəhərin işini təmin etməyə davam edirik. Dayan! Biz müqavimət göstərməliyik!”,deyə – mer yazıb.

Nigar HƏSƏNLİ

COMMENTS