Kolleclərə ixtisas seçimi başlayır

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək həyata keçiriləcək. Modern.az-ın məlumatına görə, ixtisas seçimində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş və topladığı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədi ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tam orta təhsil (XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına 2013-cü ilin tələbə

COMMENTS