Konfransda Ukrayna bayrağı: Putinin cavabı şok etdi

Konfransda Ukrayna bayrağı: Putinin cavabı şok etdi

Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına dair illik böyük mətbuat konfransı başlayıb.

Dosye.org  xəbər verir ki, konfrans Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir.

Mətbuat konfransında iştirak üçün ümumilikdə 1702 jurnalist qeydiyyatdan keçib.

Nüvə müharibəsi təhlükəsinin artmasının qiymətləndirilməməsinə təəssüflənirəm.

Bu sözləri Rusiya lideri Putin illik mətbuat konfransında deyib.

“Rusiya silahlanmada üstünlüyün əldə olunmasına yox, balansın saxlanılmasına çalışır. Biz silahlanmanın qarşısının alınması üzrə beynəlxalq sistemin çökdüyünü müşahidə edirik. ABŞ-ın hava hücumundan müdafiə razılaşmasından sonra Moskva öz silahlanmasını modernizə etməli oldu. Nəticədə Rusiya üstünlük qazandı, amma söhbət paritetin saxlanılmasından gedir. İndi isə ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır. Qərbdə kiçik ölçülü nüvə silahından istifadə ideyası hökmranlıq edir. Belə silahlanmanın tətbiqi qlobal fəlakətə səbəb olacaq”, – o deyib.

“Qara dənizdəki insident provokasiya idi. Provokasiyalar hər zaman pisdir, situasiyanın gərginləşdirilməsinə hesablanıb. Aydındır ki, Ukraynada seçkilər var və bunun üçün mövcud hakimiyyətin reytinqini qaldırmaq lazımdır.

Poroşenkonun reytinqi qalxdı. O, beşinci pillədən ikinci pilləyə yüksəldi. O, ölkənin maraqları hesabına öz hədəfinə çatdı”, – Putin Keçr insidenti ilə bağlı deyib.

Rusiya lideri bildirib ki, Kerç boğazında ələ keçirilən dənizçilərin taleyi cinayət araşdırılması nəticəsində həll ediləcək:

“Donbasda blokadanı Rusiya yox, Ukrayna hökuməti yaradıb. Onlar dinc sakinlərə atəş açır, hər gün insanlar ölür. Rusiya Donbasa humanitar yardım göstərir və bundan sonra da edəcəyik”.

Putin vurğulayıb ki, münaqişəyə rəğmən, Ukrayna hələ də bizim vacib ticarət tərəfdaşımızdır, aramızdakı ticarət dövriyyəsi artır.

Mətbuat konfransı zamanı jurnalistlərdən biri Ukrayna bayrağı qaldırıb.

Vladimir Putin isə onun bu addımına, “Qalmaqal çıxarmaq istəyirsiz? Buyurun” – cavabını verib.

Vladimir Putin Rusiyanın inflyasiyanın artmasının qarşısını almaq üçün ƏDV-ni artırdığını bildirib:

“Rusiya böhranlar zamanı neft dollarlarını xərcləməli idi. Nəticədə neft-qaz kəsiri artdı. Hazırda bunu 6,6%-ə qədər azaltmağı bacarmışıq. Bu, iqtisadiyyatın dayanıqlığı üçün çox vacib göstəricidir. Bəzi ölkələrdə ƏDV 20%-dən çoxdur. Biz bu vergini azaltmışdıq, amma sonra yenidən artırdıq. Bu qərarı inflyasiyanın artmasının qarşısını almaq üçün qəbul etmişik”.

O, Rusiyanın dünyanın 5-ci iqtisadiyyatı olması gərəkdiyini deyib.

Putin 2021-ci ildə iqtisadi artımın 3% olacağını söyləyib.

Yaponiya ilə mübahisəli adalar məsələsinə toxunan Putin deyib:

“Biz Yaponiyada ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsindən narahatıq. Bu sistem ABŞ-ın strateji nüvə hücum sisteminin pereferiyaya çıxarılmasıdır.

Yaponiya ilə sülh müqaviləsinin imzalanması çox çətin prosesdir. Biz Yaponiya ilə sülh müqaviləsinin imzalanmasına sadiqik”.

“Biz heç bir zaman öz həbs edilmiş vətəndaşlarımızın mübadiləsi üçün heç nədə günahkar olmayan insanları tutmayacağıq. ABŞ-da həbs edilən Mariya Butina özünün nə deməsindən asılı olmayaraq, dövlətin əmrini icra etməyib”.

Bu sözləri Putin ABŞ-Rusiya münasibətləri haqda danışarkən deyib. O bildirib ki, vətəndaşlarımızın həbsinə vecsiz yanaşmırıq:

“Skripal sağdır, Rusiyaya qarşı sanksiyalar isə davam edir, amma Qaşıqçı ölüb, əvəzində heç bir sanksiya yoxdur. Skripal insidenti rusofob, antirusiya yanaşmasının nəticəsidir. Skripal olmasaydı, başqa bir şey fikirləşəcəkdilər. Məqsəd Rusiyanın inkişafının qarşısını almaqdır”.

Sanksiyalardan danışan Putin deyib:

“Rusiya bütün tarixi boyunca sanksiyalar və məhdudiyyətlər altında yaşayıb. XX əsrin sonundakı diplomatik yazışmalara baxın. Bu, Rusiyanın gücünün artmasıyla bağlıdır. Güclü oyunçu yaranır və onunla hesablaşmaq lazımdır, amma onlar istəmirlər. Biz 160 milyon insanın maraqlarını ehtiyatlı şəkildə müdafiə edirik”.

Putin bildirib ki, sanksiyaların heç bir məntiqi yoxdur:

“Bu, Rusiyanın qarşısını almaq üçün əlavə tədbirlərdir. Bizim iqtisadiyyat buna artıq adaptasiya olunub”.

Bu gün pravoslavlıqda baş verənlər ağılasığmazdır. Bu, dövlətlərin kilsənin işinə birbaşa qarışmasıdır. Belə şey SSRİ dövründən bu yana heç vaxt baş verməmişdi.

Sizin xoşunuza Moskva gəlmirsə, indi İstanbuldan asılı olacaqsınız. Ukrayna Pravoslav Kilsəsi hər zaman müstəqil olub. Onların Rus Pravoslav Kilsəsi ilə yalnız mənəvi bağlılığı var idi. İndi onların vəziyyətinə baxın. Bundan sonra onlar Konstantinopol və Vaşinqtondan gələn mesajlardan asılı olacaq. Bu, həm də Konstantinopol Patriarxı Varfolomeyin daha çox gəlir əldə etmək istəyi ilə bağlıdır. Bu qərar seçkiqabağı reytinqin qaldırılmasına da hesablanıb”.

Putin erməni jurnalistin “Siz Ermənistanla münasibətləri necə bərpa edəcəksiniz” sualına “bərpa edəsi heç nə yoxdur” deməklə cavab verib:

“Bizim Ermənistanla bərpa edəcəyimiz heç nə yoxdur. Ermənistan bizim Qafqazda və dünyada strateji müttəfiqimizdir. Biz Ermənistanla münasibətləri inkişaf etdirə bilərik. Erməni xalqı rus xalqının Qafqazda yaxın müttəfiqidir: bu, tarixən belə olub və belə də qalacaq”.

Dosye.org

COMMENTS