Könül Xasıyeva efirdə Arif Babayevi güldürdü

Könül Xasıyeva efirdə Arif Babayevi güldürdü

Xalq artisti Arif Babayevin yaradıcılığına həsr olunan “Arif Babayevin muğam dünyası” adlı konsert proqramında Xalq artisti Könül Xasıyevanın çıxışı diqqət çəkib.

DOSYE.ORG xəbər verir ki, o, ifasından əvvəl səhnədən zalda əyləşən ustadına səslənib:

“Müəllim, nətərsən? Başına dönüm. Dünən dərsə niyə gəlməmişdin, a köpək qızı, haradaydın? Bir dəfə Arif müəllim dərsə əsəbi gəlmişdi. Soruşdum ki, müəllim, nə olub? Dedi ki, bunların başı qaçıb. Gözəl xanəndəmiz Nəzakət Məmmədova dünyası dəyişmişdi. Arif müəlim dedi ki, aparıb Nəzakət Məmmədovaya “Leyli və Məcnun” tamaşısından birgə şəklimizi baş daşına qoyublar. Gedib gördüm, dəli oldum. Hacı səni öpüb, bağrıma basıram. Gəlib səni çoxlu güldürəcəyəm”.(publika.az)

COMMENTS