Kraliça qərar verdi – 95 yaşında taxtdan gedəcək

Kraliça qərar verdi – 95 yaşında taxtdan gedəcək

Böyük Britaniya Kraliçası II Elizabet 95 yaşında taxtdan gedəcək.

Bu haqda Robert Cobson məlumat verib. O bildirib ki, kraliça taxtdan getməyi planlayır və taxtı şahzadə Çarlza təhvil verəcək.

Qeyd edək ki, səltənət qanunlarına görə, taxtda əyləşən şəxs tacı istədiyi vaxt başqasına ötürə bilməz. Ancaq səhhətilə bağlı problem yaransa, bu, mümkün ola bilər. 2016-cı ildən bəri isə kraliça II Elizabet xalqın qarşısına az-az çıxmağa başlamışdı.

Elizabet Aleksandra Mariya Vindzor və ya daha çox tanınan adı ilə II Elizabet kraliçalıq müddətində Uinston Çörçildən Tereza Meyə qədər 13 baş nazir yola salıb. O, İngiltərə ilə yanaşı Kanada, Avstraliya, Yeni Zellandiya, Yamayka və Papua Yeni Qvineya da daxil olmaqla irili xırdalı bir çox ölkənin də formal olaraq sahibi hesab edilir. Bütün bu ölkələr nəzərə alındıqda, II Elizabet bu vaxta qədər 150-dən çox Baş nazir görüb.

DOSYE.ORG

COMMENTS