Kremlin pulu yoxdur, ABŞ isə istəmir: dünya “başsız”dır?

Kremlin pulu yoxdur, ABŞ isə istəmir: dünya “başsız”dır?

Nəhəng dünya gücləri arasında müharibənin baş verməsi ehtimalı indiki dövrdə inandırıcı deyil.

Axar.az xəbər verir ki, bu sözləri britaniyalı ekspert Barri Buzan deyib.

O bildirib ki, ölkələr dünyanın idarəsi ilə bağlı müharibə aparmağa ya hazır deyil, ya da ümumiyyətlə istəmirlər:

“Nüvə silahı, yaxud digər kütləvi qırğın silahları ilə dünya nəhəngləri arasında müharibə, axmaq olmasaq, irrasional görünür. Lakin bu o demək deyil ki, mümkünsüzdür. Həmişə belə müharibənin baş verməsi ehtimalı az da olsa qalır”.

Buzan qeyd edib ki, məhz irrasionallıq səbəbindən dünya hərbi xətdən imtinaya gedir.

Ekspertin sözlərinə görə, hazırda dünyada zidd situasiya da yaranıb. Belə ki, heç kim artıq dünyanı idarə etmək istəmir:

“ABŞ deyəsən, təslim olur. Çinlilər inkişaf etməkdə olan ölkə olduqlarını əsas gətirərək, belə bir məsuliyyəti öz üzərlərinə götürməyə hazır olmadıqlarını bildirirlər. Hindistanın da mövqeyi Çinin mesajına bənzəyir. Avropa Birliyi öz daxili qayğıları ilə məşğuldur, Rusiyanın isə kifayət qədər pulu yoxdur. Heç kim dünyanın idarə etmək uğrunda yarışmaq istəmir. Bu səbəbdən müharibə riski də azalır”.

DOSYE.ORG

COMMENTS