Kürdəmirdə yük avtomobili aşıb, sürücü ağır xəsarət alıb

Kürdəmir rayonunda yük avtomobili yoldan çıxaraq aşıb.

Bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 42-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə qeydə alınıb.

Kürdəmir rayon Qarabucaq kənd sakini, 1960-cı il təvəllüdlü Umudov Əlvan Nadir oğlu “SHACMAN” markalı avtomobillə hərəkətdə olarkən sürücü idarəetməni itirib və qumla dolu yük maşını yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır (APA).

COMMENTS