Lənkəranda evdə partlayış: ana və oğlu xəsarət aldı

Lənkəranda evdə partlayış: ana və oğlu xəsarət aldı

Lənkəranda qaz sızması partlayışa səbəb olub, ana və oğlu xəsarət alıb.

Aznews.az-ın məlumatına görə, hadisə rayonun Girdəni kəndində baş verib.

Mebelin yerdəyişməsi nəticəsində yaxınlıqdakı qaz sobasının açarı açıq qalıb. 1979-cu il təvəllüdlü Hədiyyə Salman qızı Hadıyeva yeməyi qızdırmaq məqsədilə qazı yandıran zaman ani alışma, partlayış olub. Pəncərələr açıq olduğundan partlayış yanğına çevrilməyib və evə ciddi ziyan dəyməyib. Lakin qadın və oğlu – 2010-cu il təvəllüdlü Yusif Anar oğlu Hadıyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Ana və oğlu yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. III dərəcəli yanıq xəsarətləri alan H. Hadıyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. II dərəcəli yanıq xəsarətləri alan 9 yaşlı Yusif Hadıyevə isə ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

DOSYE.ORG

COMMENTS