Lavrov Bəşər Əsədin taleyindən danışdı

“Rusiya və ABŞ arasında Bəşər Əsədin taleyi ilə bağlı fikir ayrılığı yoxdur”

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Con Kerri demişkən, Bəşər Əsədin taleyini həll etmək məsələsində aramızda fikir ayrılığı yoxdur. Əminik ki, bu məsələ suriyalılar tərəfindən siyasi proses çərçivəsində həll olunmalıdır” – deyə Lavrov bildirib.

Rus nazir Əsədin hakimiyyətdə qalmasını istədiyini deyib.  Onun sözlərinə görə, Əsədin taleyini Suriya xalqı özü həll etməlidir.

Qeyd edək ki, dünən Vyanada Suriyanın taleyi ilə bağlı danışıqlar gedirdi.

COMMENTS