Lavrov: Rusiya Qarabağ münaqişəsinin həlli yollarını axtarır

“Rusiya son illər Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin rəhbərliyinin iştirak ilə imzalanan sənədlərə tam uyğun olaraq, münaqişənin məqbul həllini tapmağı davam etdirməyin tərəfdarıdır”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra bildirib.

“Mən bütövlükdə danışıqların bizim müttəfiqlik münasibətlərimizin inkişafına gələcəkdə yardım edəcəyinə əminəm”, – deyə S.Lavrov vurğulayıb.

XİN başçısı hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin formatına alternativ mövcud deyil.

Qeyd edək ki, bu gün Moskvada Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi məsələsi də müzakirə edilib.

dosye.az

COMMENTS