Lerikdə avtomobil dərəyə aşdı, ata və 2 yaşlı oğlu öldü

Lerikdə avtomobil dərəyə aşdı, ata və 2 yaşlı oğlu öldü

Lerikdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Cənub Mərkəzinin məlumatına görə, Orand-Lerik yolunda qeydə alınan hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb.

Xəsarət alanlar isə bunlardır: Elnarə Hacıbaba qızı Rəhimli (1993-cü il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017-ci il təvəllüdlü).

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi UAZ markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.

*** 12:51

Lerik rayonunda ağır yol qəzası baş verib.

Cənub Mərkəzinin məlumatına görə, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb.

Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerində ölüb. Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq Lənkərana gətirilən yaralı yolda dünyasını dəyişib. Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub.

İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS