Lerikdə çovğun fəsadlar yaradıb

Lerikdə güclü çovğun müşahidə edilir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, axşam saatlarından güclü külək çovğunla əvəzlənib.

Lerik-Zuvand yolunda avtomaşınların hərəkətində maneələr yaranıb. Kəlvəz, Pirəsurə, Orand, Mundigah, ümumilikdə, 12 ərazi vahidliyinə gedən yollarda hərəkət çətinləşib.

Çayrud kəndi ərazisində qar uçqunu səbəbindən yol tamamilə bağlanıb.

dosye.az

COMMENTS