Lerikdə gənclər üçün seminar

Lerikdə gənclər üçün seminar

Noyabrın 29 – da “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi Lerik rayonunda cənub bölgəsində icra etdiyi “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti seminar keçirib.

Birliyin sədri, layihənin rəhbəri Raci Səfərovun bildirdiyinə görə, layihənin həyata keçirilməsində məqsəd, region gənclərinin ictimai iştirakçılığıına nail olmaq, qanunvericliyin prioritetlərini təbliğ etmək və bununla da, gənclər arasında hüquqi – informativ məlumatsızlıq probleminin həllinə dəstək olmaqdır. Seminarda 25 gəncdən ibarət iştirakçılara vətəndaş cəmiyyəti institutları, yerli hökumət institutları, ictimai iştirakçılıq haqqında qanunveriliyin prioritetləri, habelə, ictimai şuralar və ictimai dinləmələr haqqında məlumat verilmişdir. Seminar zamanı yeni qəbul edilmiş “İctimai İştirakçılıq Haqqında” qanun geniş müzakirə olunub.Tədbiri müstəqil ekspert Afiq Məlikov aparıb.

R. Səfərov qeyd edib ki, layihə çərçivəsində Biləsuvar, Masallı, Astara, Lənkəran, Cəlilabad və Lerik rayonlarında seminarlar keçirilib və bununla, “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinə yekun vurulub. Seminarlarda həmin rayonların gənclərininin iştirakı ilə, ümumilikdə, 150 nəfər gənc iştirak edib.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 sentyabr – 01 dekabr 2019- cu il tarixləri əhatə edib.

DOSYE.ORG

COMMENTS