Lerikdə prezidentə qarşı təxribat gedir- ŞİKAYƏT VAR

Lerikdə prezidentə qarşı təxribat gedir- ŞİKAYƏT VAR

“İcra başçının qardaşı bizi prezidentə qarşı çıxardır”. Bu sözləri bir qurup Lerik rayon sakini dosye.org-a ünvanlanan şikayət mətubunda qeyd edib.

Belə ki, “Mükəmməl” MMC-nin rəhbəri Fərhad Bağırov fəhlə və ustaları aldadaraq onların əmək haqlarını verməyib. Şikayət məktubunda daha sonra vurğulanır ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2014-ci ildə rayonun Boy kəndində orta məktəbin tikintisinə başlanılıb. Lakin naməlum səbəblərdən 2016-ci ildə məktəbin tikintisi dayandırılıb. Vətəndaşlar iddia edirlər ki, iki il ərzində ustalar və fəhlələr canla-başla çalışmış, rəhbərliyin tapşırıqlarını yüksək şəkildə yerinə yetiriblər. Elə bu səbəbdən işçi qüvvənin şəxsiyyət vəsiqələri toplanaraq əmək müqaviləsinin bağlanılması üçün rəhbərliyə verilib. Güya, məktəbin tikintisində çalışan usta və fəhlələrlə əmək müqaviləsi bağlanacaq. 2016-ci ildə məktəbin tikintisi dayandırıldıqdan sonra onların şəxsiyyət vəsiqələri geri qaytarılıb. Sonradan məlum olub ki, məktəbin tikintisində çalışan işçi quvvə ilə heç bir əmək müqaviləsi bağlanılmayıb.

Əslində, “Mükəmməl” MMC-nin rəhbəri Fərhad Bağırov tək vətəndaşların hüquqlarını tapdalamayıb, eyni zamanda Heydər Əliyev Fondundan kifayət qədər vəsaitin mənimsədiyi bildirilir. Xatırladaq ki, son həbslər məhz dövlət vəsaitini talayan, vətəndaşların haqqını mənimsəyən və digər neqativ olayların təşkilatçıları üçün planlaşdırılıb. Əlbətdə ki, bu cür halların qarşısı dövlətimiz tərəfindən qətiyətlə alınır və bundan sonrada alınacaq. Etiraf edək ki, ölkə başçısı cənab İlham Əliyevin qram-qram topladığı dövlət büdcəsi bir qurup məmurlar və onların yaxınları tərəfindən talan edilir.

Bir faktı qeyd edək ki, Lerik rayonu Boy kəndində məktəbin tikintisinin yuvanması müəyyən səbəblərdən yuvana bilər. Amma işçi quvvəsinin əmək haqqını mənimsəmək və onlara “hara istəyirsiz gedin şikayət edin” söyləmək ən azından özbaşınalıqdır. Cənab prezident İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, “Mən hər bir azərbaycanlının prezidentiyəm”. Bütün hallarda vətəndaş son ümüd yeri ölkə başçısının diqqətində görür. Dəfələrlə məmurlar və onların yaxınları kasıb təbəqənin haqqını mənimsəyib və onları dövlətdən, dövlət başçısından narazı salmağa çalışır.

Nəzərinizə çatdıraq ki, “Mükəmməl” MMC-nin rəhbəri F. Bağırov icra başçısının qardaşıdır.

Əldə etdiyimiz son məlumatlara görə, “Mükəmməl” MMC-nin rəhbəri Fərhad Bağırov, qardaşına yəni Lerik RİH başçısı Rövşən Bağırova güvənərək kasıb təbəqənin haqqını verməkdən boyun qaçırır.

Şikayətçilərin sözlərinə görə,  onların əmək haqları verilmədiyi təqdirdə PA-nın qarşısında toplaşacaqlarını və dövlət başçısından kömək diləyəcəklərini bildirdilər.

Mövzüya yenidən qayıdacayıq.

DOSYE.ORG

 

COMMENTS