Bakıda tikinti şirkəti fəhlələrə kompensasiya verməkdən imtina edir

Bakıda tikinti şirkəti fəhlələrə kompensasiya verməkdən imtina edir

Maşdağada “AR” tikinti şirkəti vətəndaşların hüquqlarını kobud şəkildə pozur.

Bu barədə dosye.org-a məlumat verən vətəndaşlar bildirir ki, şirkət xüsusi karantin dövründə işçilərə heç bir kompensasiya verməyib. Bu da bir növ ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarını geri çevirmək kimi qəbul edilir. Şirkətin fəhlələri iddia edirlər ki, heç bir xəbərdarlıq olmadan bütün işçilər işdən azad olunub. Qeyd edək ki, şikayətçilər Maşdağa qəsəbəsində məcburi köçkünlər üçün infa edilən binanın fəhlələridir.

Beləliklə işsiz qalan işcilər məşğulluq mərkəzinə muraciyyət edəndə məşğulluq mərkəzinnən həmin işcilərə bildirilib ki, şirkət rəhbəri sizlə işci muqaviləsini karantin rejimi başlayandan pozmuşdur. Məlum məsələdir ki, şirkətin məqsədi işci 190 manatı ala bilməsin.

Şikayətçilər narazılıqlarını aidiyyətli qurumlara çatdırmaqla, hüquqların bərpa edilməsini tələb edir. Şirkət rəhbərliyi bilərəkdən qanunu kobud şəkildə pozmaqla rayonda narazı kütlənin yaranmasına səbəb olub. Lakin şirkət qanuni muqaviləni dövlət səviyəsində xitam vermir ki, sahibkar kimi konpensasiya alsin.

DOSYE.ORG

COMMENTS