Leyla və Arif Yunusun yaxınları Baş Prokurorluğa rəsmi müraciət etdi

Bir neçə ittihamla barələrində cinayət işi açılmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusun qohumları Baş prokuror Zakir Qaralova müraciət edib.  

 

Bu barədə məlumatı İnterpress.az-a Yunus ailəsinin yaxın dostu, həkim-psixoloq Azad İsazadə verib. A. İsazadənin sözlərinə görə, Leyla Yunusun xalası qızı, Arif Yunusun isə əmisi oğlu Baş Prokurorluğa müraciət edərək sovqat aparılmasına icazə verilməsini istəyib:

 

“Hazırda prokurorluqda ailə dostu kimi ancaq mən qeydiyyata alınmışam və hər ikisinə həftədə bir dəfə sovqat və ya dərman apara bilərəm. Amma həm Leyla, həm də Arif Yunusun qohumları Baş Prokurorluğa müraciət edib. Hazırda yalnız həftənin bir günü onlara sovqat aparmağa icazə verilir. İndi Baş Prokurorluğun cavabını gözləyirik”.

COMMENTS