Leyla Yunusa və ərinə 6 ittiham – dövlətə xəyanət də var

19.16. Müxbirimiz Cavanşir Abbaslı musavat.com-a deyib ki, hazırda jurnalistlər Nəsimi rayon məhkəməsinin önündədirlər. Leyla Yunusun üzərində məhkəmə prosesi bşlayıb. Məhkəmə önündə xeyli tanınmış şəxslər də var.
***
18.12. Son dəqiqə xəbəri. Bu dəqiqələrdə Leyla Yunusu Baş Prokurorluğun binasından çıxararaq naməlum istiqamətə aparıblar. Hadisə yerində olan əməkdaşımız Cavanşir Abbaslının dediyinə görə, L.Yunusu iki cip növlü maşında aparıblar. Jurnalistlər avtomobillərin ardınca düşsələr də, çata bilməyiblər. Bununla belə, əməkdaşımız öyrənib ki, L.Yunusa qarşı CM-nin 274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü maddələri (vergidən yayınma) ilə cinayət işi aşmaq və barəsəində iki aylıq həbs qətimkan tədbiri seçmək üçün Nəsimi rayon Məhkəməsinə aparıblar.

Bundan başqa, məlim olub ki, L.Yunusun həyat yoldaşı Arif Yunusa Bakıdan çıxmamaqla bağlı xəbərdarlıq olunub və dilindən iltizam alınıb. Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndir. A.Yunus jurnalistlərə deyib ki, o, hətta Montinə gedəndə də polisə xəbər verməlidir. Politoloq bu qərarın ədalətsiz olduğunu bildirib.

***

17.42. Leyla və Arif Yunusların istintaqının saat 18-ə qədər bitəcəyi haqda xəbərlər yayılıb. L.Yunusun arxa qapıdan çıxarılmaqla məhkəməyə aparılması xəbəri təsdiqlənmir. Jurnalistlər idarənin qapısının ağzına yığışıblar, gözləyir, açıqlama almaq istəyir, ancaq buna müvəffəq ola bilmirlər. Arada polislərlə jurnalistlər arasında qarşıdurma yaranıb. Onlar jurnalistləri idarənin önündən uzaqlaşdırmağa çalışırlar.

15.35.

Xəbər yayıldı ki, Leyla Yunusu arxa qapıdan çıxarıb məhkəməyə aparıblar. Jurnalistlər xəbərin nə dərəcədə düzgün olduğunu araşdırmağa çalışırlar. Amma hələ ki, mümkün deyil. Yetkililər informasiya vermirlər. Onun vəkili də zənglərə cavab vermir. Deyilənə görə, bu barədə sürücünün qohumu məlumat verib. Amma vəkilin maşını prokurorluğun qarşısındadır.

***

14.30. Hazırda iki saatdan çox olar ki, Leyla Yunus Baş Prokuruluğun İstintaq İdarəsində dindirilir. Leyla Yunusla eybi zamanda həyat yoldaşı Arif Yunus da istintaqdadır. O, təxminən 13:20 radələrində istintaq idarəsinə gətirilib. İdarənin önündə media nümayəndələri və bəzi tanınmış partiyaların gəncləri var. Leyla Yunusun Rauf Mirqədirovun işi ilə əlaqədar dindirldiyi deyilir.

****

Arif Yunus prokurorluqda ifadə verməyə razılaşıb. Bu haqda “Azadlıq” radiosuna onun özü məlumat verib: “Qapını açmırdım. Tələb edirdim ki, Leyla Yunus prokurorluqda vəkillə təmin olunsun. Xəbərdarlıq etdilər ki, açmasam, sındıracaqlar. Vəkil Xalid Bağırovla məsləhətləşəndən sonra qapını açdım. İndi vəkilin maşınında, bir nəfər prokurorluq əməkdaşı ilə istintaqa gedirik”.

***

13.06

Leyla Yunus Baş Prokurorluğa aparılıb. Həyat yoldaşı Arif Yunusun “Azadlıq” radiosuna bildirdiyinə görə, bu haqda ona telefonla məlumat verilib: “Mənə zəng etdilər, Leyla Baş Prokurorluqdadır. Dedilər ki, onu buraxmayacaqlar, həbs edəcəklər, ona qarşı ittiham irəli sürüləcək. Məni də həbs edəcəklər”.

***

12.15

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus saxlanılıb. Bu barədə məlumatı Musavat.com-a hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus verib. Onun sözlərinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedərkən Leyla Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıblar.

Arif Yunus onu da bildirib ki, hazırda yaşadıqları binanın həyətində 6 nəfər mülki geyimli şəxs var. O, özünün də həbs olunacağını istisna etmir.

***

Arif Yunus APA-ya L. Yunusun tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanıldığını deyib: “Saat 11:45-də tədbirə gedərkən yanında bir maşın dayandı. Onu arxa tərəfdə əyləşdirdilər. İki nəfər yanında bir nəfər isə sürücünün yanında oturdu, sürüb getdilər. Hazırda telefonuna zəng çatmır”.

A. Yunus hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların mənzilinə gələrək qapını döydüklərini də bildirib.

COMMENTS