Lukaşenko İrana bu səbəbdən gedib – ABŞ-dan iddia

Lukaşenko İrana bu səbəbdən gedib – ABŞ-dan iddia

Xəbər verdiyimiz kimi, ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko İrana səfər edib və bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə müxtəlif görüşlər keçirib. Danışıqlar zamanı bir sıra məsələlərdə əməkdaşlıq perspektivləri və digər mövzular müzakirə edilib.

Modern.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutu (ISW) Lukaşenkonun İrana səfərinin səbəbləri barədə analitik material yayıb.

“Lukaşenko tez-tez Rusiya prezidenti Vladimir Putinin vassalı kimi çıxış edib və İrana səfər də bu baxımdan istisna deyil. Onun səfəri Kremlin beynəlxalq sanksiyalar qarşısında Tehrana davamlı dəstəyini təmin etmək üçün daha geniş səylərinin bir hissəsidir”, – deyə məlumatda bildirilib.

Yazıda İranla Rusiya arasında “Su-35″lərin alınması ilə bağlı müqavilənin başa çatması da xatırlanır.

COMMENTS