Lütvəli Babayev yola salındı?

Zərdabın icra başçısı vəzifəsini itirəcək Adı hər zaman müxtəlif qalmaqallarda hallandırılan icra başçılarından biri də Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevdir.

 

Məlumat üçün bildirək ki, Lütfəli babayevin rəhbərlik etdiyi Zərdab rayonundan hər zaman narazılıqlar və həyacanlı xəbərlər gəlməkdədir.

 

Bu isə yarıtmaz idarəçilikdən, rayondakı dözülməz durumdan xəbər verir. Dövlət siyasətini həyata keçirməli olan icra başçısının rayonda əhalini dövlətdən narazı salması isə qəbul edilən deyil.

 

Zərdabın icra başçısı ilə bağlı sonuncu xoşagəlməz olay isə iş adamı Fəqan Nəsibovun özünü “Koroğlu” metrosunun yaxınlığındakı körpüdən ataraq intihar etmək istəməsi ilə meydana gələn məlum olaylar idi.

 

Xatırladaq ki, hələ Mingəçevirdə işləyərkən iş adamının 65 min manatını alan və bu günə qədər qaytarmayan Lütvəli Babayevin adı buna qədər də bir sıra xoşagəlməz olaylarda hallandırılmışdı.

 

XALQ.AZ-a daxil olan məlumatda isə deyilir ki, bütün bunları nəzərə alaraq Lütvəli Babayevin yaxın günlərdə istefaya göndərilməsi nəzərdə tutulub.

 

Saytımıza daxil olan məlumatlara görə, buna səbəb adıçəkilən icra başçısı barədə Prezident Adminstrasiyasına saysız-hesabsız şikayətlərin üvanlanmasıdır. Ehtimal olunur ki, o, yaxın vaxtlarda tutduğu postdan uzaqlaşdırılacaq.

 

Hakimiyyət dəhlizlərində düşünürlər ki, Lütvəli Babayev vəzifədə saxlanıldıqca və qanunsuz əməllərini davam etdirdikcə Zərdabda narazılıq artır. Bu isə sosial partlayışla nəticələnə bilər. Bu baxımdan “yuxarılar”da icra başçısının işdən çıxarılması

COMMENTS